Bir neçə gün öncə sedasiya üsulu ilə ağıl dişini çəkdirərkən vəziyyəti ağırlaşan influenser Asya Aslanovadan xəbər var.
OLAY-ın əldə etdiyi məlumata görə, 15 dekabrdan reanimasiyaya yerləşdirilən blogerin vəziyyəti normallaşıb. Qan dəyərləri getdikcə yüksəlməyə başlayan Asya artıq özünə gəlib.
Onun vəziyyətindən asılı olaraq bu gün və ya sabah palataya köçürülməsi planlaşdırılır.