Müğənni Aysel Əlizadə növbəti dəfə Xoşqədəm Hidayətqızı ilə məhkəmə prosesindən danışıb
OLAY yazır ki, bununla bağlı o, instaqramda videolar paylaşıb. Sənətçi deyib ki, 4 ildir məhkəmənin yekunlaşmasını gözlədiyi üçün susurmuş:
“Bu gün səhərimi xoş xəbərlə, xoş qədəmlə açmışam. Bu proses 4 il yarımdır davam edirdi. Bu, tək mənim qalibiyyətim deyil. Hər kəsə təşəkkür edirəm. Bu işdə əziyyəti olan dövlət işçilərinə minnətdaram. Bu günə kimi susdum. Çox şey danışdılar, yazdılar ki, niyə cavab vermirəm? Hətta dedilər ki, guya haqqmda deyilənlər doğru olduğu üçün susmuşam. Amma susma səbəbim bu günə görəydi. Mən belə məsələrlədə cavabı qanunla vermək istəyirəm, kiməsə ilişmirəm, cavab vermirəm. Mən haqqımda yazılan, deyilən təhqiramiz şərhlərə nə tərbiyəm, nə səviyyəm icazə vermir. Dünyada ağ-qara, pis-yaxşı deyilən anlayış var. Hər kəs cavab istəyirmiş kimi, guya əvəzimə olan təhqiramiz şərhlərlə cavab verirlər. Ya da şantaj xarekterli yazılarla. İnsanalr necə sevirlər e mhkəməlrədə sürünsünlər, gəzsinlər. Qanun qarşsında aciz qalıb şantaj keçirlər. Bütün suallara isə bu yaxınlarda tam şəkildə cavab verəcəm”.