WOW
WOW

Xoşqədəmdən Ayselin açıqlamasına cavab

Xoşqədəmdən Ayselin açıqlamasına cavab

Aparcı Xoşqədəm Hidayətqızı müğənni Aysel Əlizadənin paylaşımna cavab verib.

OLAY yazır ki, bununla bağlı o, instaqramda post yerləşdirib. Turanə adlı xanımın fotosunu paylaşan Hidayətqızı bu sözləri yazıb və ad çəkmədən yenidən Ayseli ittifam edib:

“Bu qadına diqqətlə baxın! Adı Turanədir, ailəsini dağıtdılar. İki bacı bu gün ayrı-ayrı evlərdə yaşayır. Bu qadının səsi oldum, evini aldım, alimentini aldım, iki bacının eyni məktəbdə oxumasına nail oldum! Və qorumaqda davam edirəm. Yəni əxlaqlı, məşuq hesabına ev, maşın sahibi olmayan qadınlar üçün ölümə belə gedərəm. Gələcək nəsillər, əxlaqlı oğul, qız sahibi olmaq üçün biz belə əxlaqlı Azərbaycan qadınlarını qorumalıyıq! Mən qoruyuram və bundan sonra da olacaq. Bu yaxında yeni rəsim və videolarla, həm də səs yazılarıyla başqa evi yıxılan, yuvası dağıdılan bir yetimi tanıyacaqsız”.

Qeyd edək ki, Aysellə Hidayətqızının uzun müddətdir davam edən məhkməsəi başa çatıb və müğənni qalib olub.