WOW
WOW

“Hər şey sübut olundu!“

“Hər şey sübut olundu!“

“İlahi Ədalət adlanan bir tərəzi var. Əsla səhv etməz.

OLAY yazır ki, bu sözləri müğənni Aysel Əlizadə yeni paylaşımında qeyd edib. O bildirib ki, hər zaman yaradana güvənib:

“Ona sığındım. Susdumsa, var olan Allaha və dövlətimin qanunlarına güvənib inanaraq susdum. Əlacsız və ya günahkar olduğum üçün susmadım. Lakin susqunluğumla qınandım. Səbəbi-qanun danışsın deyə susdum. Məni tanıyan bilir söz-söhbət sayəsində qara PR-ı, boşboğazlığı sevmirəm. Nə də düz olarkən özümü sübut etməyi sevirəm. Şükürlər olsun Allahıma heç zaman tək qoymadı məni. Onun Ədaləti qarşısında baş əyirəm!
Hər şey sübut olundu! Dövlətimin qərəzsiz, vicdanlı məmurları, sizə halal olsun sadəcə!”.

Xatırladaq ki, Ayselin aparıcı Xoşqədəm Hidayətqızı ilə uzun zamandır davam edən məhkəməsi bu il sonlanmış, müğənni qalib gəlmişdi. 

Ona görə ki, 2019-cu ildə “Səni Axtarıram” verilişində qonaq olan Turanə Nəcəfova Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızı “Aysel Əlizadə atası yaşda kişi ilə pula görə münasibətdə ola bilməz, buna inanmıram. Ərim Doğuş onun haqqında maraqlanıb. Elə məqamlar ortaya çıxıb. Hamısını deyəcəyəm...” kimi fikirlər səsləndirib.

Müğənni X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb.

İddia 3 il ərzində müxtəlif instansiya məhkəmələrində mübahisələndirilib, bu günlərdə isə Bakı Apellyasiya Məhkəməsi yekun qərar çıxarıb.

Qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməlidir.