WOW
WOW

“Sübut edə bilərsən ki, adım Aygündür?!”

“Sübut edə bilərsən ki, adım Aygündür?!”

Əməkdar artist Şəbnəm Tapdıq və müğənni Şəbnəm Tovuzlu arasındakı ad qalmaqalı yenidən alovlanıb. 

OLAY yazır ki, Ş. Tapdıq “Elgizlə izlə” verilişində həmkarının əsl adının Aygün olduğunu iddia edib:

“Məhkəmə dünən yüksək səviyyədə oldu. Amma o gəlmədi. Aygün Tovuzlu! Bilir ki, araşdırma zamanı Aygün olduğu üzə çıxacaq. Necə ki, biz araşdırmışıq çıxıb. Həqiqətən də adı Aygündür. Mənim əleyhimə danışır. Mən iki təhsili olan, 7 əcnəbi dil bilən, ziyalı bir kişinin qızıyam. Mənimlə bağlı paylaşımlar etdirir, elə sözlər deyilir ki, onları da araşdırıram, polisə verəcəm. İndiyə qədər heç kimin şöhrəti altında özümü təbliğ etməmişəm. Addan istifadə etməmişəm. 13 yaşından kənd toylarında oxuyan bir qız məşhurun adına keçir. Bir dəfə dözdüm, iki dəfə dözdüm. Adama deyərlər, nə istəyirsən məndən? Əl çək məndən. Efirdə yalanlar danışır. Guya mən onun anası ilə rəfiqə olmuşam. Camaat da yazır ki, guya mənim psixoloji problemim var. Yoxdur!  Özgəsinə şər atmaq, işgüzar nüfuzuna xələl gətirməyin nə qədər cəzası var? Lazım olmayan söhbət aparılır, guya mən təqsirkaram, ağılsızam, guya camaata deyirəm ki, adımı qoymayın. Burada başqa söhbətdir. Mən ciddi orqanlara, təşkilatlara müraciət etmişəm. Səhnəyə gələnlər yeni adlar götürsün ki, bir-biri ilə qarışmasın. Birinin etdiyi digərinə keçməsin”.

Daha sonra Ş. Tovuzlu efirə canlı bağlantı ilə qoşularaq Tapdığın iddialarına cavab verib:

“Sübut edə bilərsiz, adım Aygündür? Bunu sizə kim deyibsə, səhv məlumat verib. Siz mənim anamın ruhuna hörmətsizlik edirsiz. Anam adımı qoyubsa, siz, ya da başqası kimdir? Mənim nəslimi-kökümü araşdır. Mən elə-belə nəsildə böyüməmişəm. Araşdır, soruş ki, anam rəhmətə gedəndə xalama hansı adı deyib? Dünyaya gələndə anamla bibim adımı qoyub. Rəsmi sənəddə qeyd edilib ki, Orucova Şəbnəm Arif qızı Bakıda doğulub. Anam dünyasını dəyişəndən sonra xalama veriblər. Bu gün ata dediyim xalamın həyat yoldaşı onda Tovuzda sənəddə dəyişiklik edərək Əsədova Şəbnəm Ələddin qızı yazdırıb. Bütün kənd bilir ki, mən rayona gedəndə Şəbnəm adında getmişəm”.