Müğənni Murat Boz növbəti açıqlaması ilə gündəm olub.
OLAY yazır ki, Melis Işıtenin layihəsində qonaq olan Murat artıq çəkili vaxtlarından söz açıb:
“Bir gün qəzetdə öz rəsmimi gördüm. Dənizdə çəkilmişdi. Çox pis oldum. Bir az əsəbiləşdim. İndi rahat danışa bilirəm, amma onda aqressiv qarşılamışdım. Həmin şəkillərdən sonra büstqalter markasından təklif gəldi. Özü də çox böyük məbləğ də pul təklif edirdilər. Təbii ki, qəbul etmədim. İndiki ağlım olsa, razılaşardım”.