Azərbaycan Film Akademiyasının komandası maraqlı layihəyə imza atıb.
OLAY yazır ki, onlar “Yeddi oğul istərəm” filmindən bir səhnəni yenidən canlandırıblar.
Rejissor Nərmin Əhmədin ekran işində gənc aktyorlar Murad Xan, Əli Hüseynov, Tapdıq Qafarov, Qəzənfər Musabəyov, Çingiz Əlizadə, Yusif Qasımov, Anar Əli və Nicat Kərim rol alıb.
Qeyd edək ki, “Yeddi oğul istərəm” Xalq şairi Səməd Vurğunun “Komsomol” poemasını motivləri əsasında rol alıb. Tofiq Tağızadənin rejissorluq etdiyi ekran işində Həsən Məmmədov, Ənvər Həsənov, Elçin Məmmədov, Əbdül Mahmudov, Şahmar Ələkbərov, Rafiq Əzimov,Ələsgər İbrahimov, Həsənağa Turabov kimi akyorlar çəkilib.