Aparıcı Xoşqədəm Hidayətqızı efirdə göz yaşı töküb.
OLAY yazır ki, o, “Səni axtarıram” verilişində ev heyvanlarının itdiyini bildirib. X. Hidayətqızı söyləyib ki, hadisə onlar ailəlikcə Türkiyədə olanda baş verib:
“Gecə bizə süd gətiriblər, qapı açıq olub, itlərimin ikisi də çıxıb. Bilməyiblər, bəlkə də yağış imiş. Mərdəkan Bilgəh ərazisində itiblər. Uşaqlar depressiyadadır. Biz uşaqlara piano çaldıqca, mahnılar öyərndikcə mükafat, pul veririk. Bu gün qapıdan çıxanda ikisi də yığdıqları pulu, 200 manatı gətirib mənə verirlər. Deyirlər ki, bəlkə itimizi pula görə aparıblar, bunu ver, itimizi qaytarsınlar. Bəlkə də o ərazidə yağış olub, kimsı yazığı gəlib evinə aparıb. Sosial şəbəkələrdə paylaşacaqsınız, yazacaqsınız ki, it üçün ağladı, təhqirlər də yazacaqsınız. Biz onları çox sevirik, tapana mükafat da veriləcək. Bu itləri Arda ilə Arın çox sevir. Mən onları evə qoymuram. Amma Arda ilə Arın yorğanlarını aparıb üstlərinə örtür ki, soyuqdur. Yəni o qədər çox istəyirlər. Səhərdən yemək yeməyiblər”.