WOW
WOW

“İki-üç toy təşkilatçısı tanış fotoqraflarını bazarda fırladır”

“İki-üç toy təşkilatçısı tanış fotoqraflarını bazarda fırladır”

“Hazırda ölkədə pul qazanan fotoqrafiya sahəsi toydur. O da, artıq monopolyadır”.

OLAY yazır ki, bu sözləri feysbukda fotoqraf Raj Steven qeyd edib. O bildirib ki, bazarı maraqlandıran hazırda şoudur:

“Məsələn, iki-üç toy təşkilatçısı özünün yaxşı hörmət edən tanış fotoqraflarını bazarda fırladır. Geridə qalanları qaralamaqla mənfi PR kompanyası aparırlar. Son 1 aydır babat araşdırma edirəm və nəticə budur. Bazarda heç kim işə baxmır. Bazarı maraqlandıran şoudur. Təsəvvür edin ki, siz öz istədiklərinizi dəvət edə bilməzsiniz. Onlar kimi istəsələr, o da olacaq.

Məsələ təkcə fotoqrafiya deyil. Makiyaj, gəlinlik, dekor və toya aid bir çox xidmətlər də bu monopolyanın əhatəsinədir”.