WOW
WOW

“Sən boyda boşluğu gizlədə bilmirəm”

“Sən boyda boşluğu gizlədə bilmirəm”

Aktyor Tural Əhməd mərhum anaıs ilə bağlı paylaşım edib.

OLAY yazır ki, valideyni ilə fotolarını paylaşan sənətçi bu sözləri yazıb:

“Bu gün üç ay oldu ki, cismən aramızda yoxsan, ay ana. Bu üç ayda elə bir an yoxdur ki, gözümün önündə canlanmayasan, səsini qulaqlarım eşitməyə. Bu üç ayda hər gün yadıma düşür ki, anam yoxdur artıq. Bu üç ayda hər gün yadımdan çıxır ki, anam yoxdur. Bu üç ayda hər gün yaddaşım sən və sənli günlərlədir. Sənlə bağlı xatirələri unutmağa gücüm çatmır,ay ana. Sən boyda boşluğu gizlədə bilmirəm, sən boyda varlığı itirə bilmirəm. Deyirlər, zamanla yaran yumşalacaq və sən bu itkiylə barışacaqsan. Hanı bəs? 

Zamanla daha da dərinləşir yaram, heç qaysaq da bağlamır. Sənin üçün çox darıxıram. Özünə, sözünə, səsinə o qədər ehtiyacım var ki... Sənin haqqında keçmiş zamanda heç cür danışa bilmirəm. İnana bilmirəm ki, mənim də anam yoxdur, sən daha yanımda deyilsən. Səni bir dəfə qucaqlamaq üçün nələrdən keçməzdim, anam, iç qoxulum. Artıq qəmli musiqilər, səsinə bənzər səslər, sakit məkanlar, hamısı səni xatırladır. Artıq uğurlarım da sənsiz qalıb, rollarım da sənsizləyib, anam. Onları daha heç kimə anlada bilmirəm, heç kimə danışa bilmirəm. Özümlə bərabər sənətim də sanki yetim qalıb. Allah sənə rəhmət eləsin, əziz, gözəl anam. Allah günahlarını bağışlasın. Bütün çəkdiyin əzabların hamısı bu dünyada qalsın, inşallah. Yuxun daim şirin olsun.Bir gün mütləq görüşəcəyik. Yolun düşsə, bir də gəl... Səni çox sevirəm”.