Türk influenser Cemal Can Cansevenlə azərbaycanlı müğənni Ayaz Babayev növbəti dəfə eyni geyimdə görütüləniblər.
OLAY yazır ki, bu dəfə təkrarlanan geyimdən birinci Ayaz istifadə edib. Belə ki, Cemal Babayevin dekabrın 3-də “Altın Kelebek” mükafatlandırma mərasiminə geyindiyi kostyumla ötən gün ödül gecələrindən birinə qatılıb.
Qəhvə rəngli, ağ detalları olan dəsti Ayaz köynəklə, Cemal isə düz, qısaqol kofta ilə kombinləyib.
Xatırladaq ki, ötən il Ayaz Cansevenin daha əvvəl “O ses Türkiye” Yeni il özəl buraxılışında geyindiyi parıltılı kostyumundan “Altın Kelebek” ödül gecəsində geyinmişdi.