Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərim keçmiş xanımı Canananın ittihamlarına cavab verib.
OLAY yazır ki, bu barədə o, Xəzər TV-yə danışıb. Kərim qalmaqala səbəb olan videonun çəkildiyi gündən danışıb:
“Ailə qurmuşam, yeni övladım dünyaya gəlib. İstəyirəm digər 3 övladımla sonuncu arasında bacı-qardaş münasibətləri sıx olsun. Mənim də bir ögey qardaşım var, amma biz çox mehribanıq. İndi zəng etsəm, qaça-qaça gələr. Dörd uşaq, həyat yoldaşım, məktəb, ev problemi. Mən çatdıra bilmirəm. Onların anaları isə ancaq özünü reklam edir. Mənim yoxluğumdam istifadə edib, gəlib, bu hərəkətləri edib. Xanımım zəng etdi ki, keçmiş həyat yoldaşın qapıya gəlib. Onda Tuncay yox imiş, birinci özü gəlib, qapını döyüb. Əvvəllər Mətanət xanımın evinə gələndə 1 saat əvvəl zəng edirdin ki, hazırlaşın, uşaqlar da aşağı düşürdü, görürdün, aparırdın. Mən təzə evə köçmüşəm deyə gözün götürmür? Demişəm ki, qapını açma. Özüm də aşağıda mağazada idim, 5 dəqiqəlik yolum var idi. Mən gələnə qədər uşaq dərsdən qayıdıb, anası da arxasında. Həyat yoldaşım da deyib ki, Tuncay, ananı yola sal, gəl evə. Xanımım onu görmək məcburiyyətində deyil. Hansı qadın buna dözər?
O, gözləyir ki, qapı açılsın, anasının əlində kamera var. Görürsən ki, bu qapı sənə görə açılmır. Əlində kamera var. Niyə görə mənim həyat yoldaşımı sosial şəbəkələrdə paylaşmalısan?! Uşaq qapıda 5 dəqiqə gözləyib, mən gələndə o getmişdi. Yaxınlaşanda Tuncaya əsəbləşdim. Onu tənbeh etdim ki, sənin atanın evidir, öz evindir, qapını təpiklə vurmaq nədir? Belə mədəniyyət görmüsən? Məlum oldu ki, uşaq anası onu çəkdiyi üçün əsəbiləşib, deyib ki get, burdan. Çalışacam ki, uşaqları ondan uzaq tutum. Çünki baxıram ki, onlarla münasibəti yaxşı deyil. Əmisi oğullarından, qardaşından, dayısı oğullarından maraqlansınlar ki, Kərim necə insan olub. Onun qardaşı ilə münasibəti yoxdur. Bizim ailəmiz dağılanda o ağsaqqallara, böyüklərə məhəl qoymadı. Amma mən onlara müraciət etmişdim. Çünki istəmirdim ki, ailəm dağılsın. Bilirdim ki, vəziyyət bu yerə gəlib çıxacaq. Ailəsini dağıtdı, indi də böyükləri dinləmir. Ağlına nə gəldi edir. Onu övlad düşündürmür. Bunu əminliklə deyərəm”.