Ötən gün “Altın Kelebek” ödülün zibilə atan Reynmen açıqlama verib.
OLAY yazır ki, bu barədə o, instqramın hekayə bölməsində videolar paylaşıb.
“Rəfimdə yer yox idi, atdım. Yerinə kitab qoyacam. Kitab tövsiyəsi olan varmı? Hamınız ödül axmağı olmusuz. Yazırsız ki, biz verdiyimiz səslərə hörmətsizlike dirsən. Təəssüf ki, sizin səslərinizlə təşkil olunan mərasimlər deyil. Sizinlə əlaqəsi yoxdu. Bu sizin müqəddəsiniz deyil. Çox yazıq. Yazmayın ki, sən nə bilirsən? Bilirəm. Quşlar dedi. Tək “Altın Kelebek”lə bağlı yox, Qremmi, Oskarla bağlı da eyni şeyləri deyirlər. Mən aldığım bütün mükafatları atmışam. Tək “Altın kelebek”i yox”.
Reynmen həmçinin bu hadisəylə bağlı onun ünvanına təhqiramiz ifadə yazan müğənni İrem Dericiyə də cavab verib:
“İrem Derici, sən açıq sözlüyünlə bilinən, zaman-zaman hədsiz rahat davranışların,çıxışlarınla danışılan qadınsan. Mən bildiklərimi də yaxşı bilorsən. Sırf o gecə şou göstərdiyin mərasimin ödülünü zibilə atdığım üçün niyə qeyd etdiyin o ifadə oluram? Şouna ayıb olar mənə haqq versən? Ya da haqq verməsən belə sakit qalsan. İnsanlar susanda danışılacaq nələrinsə olmadığını düşünürlər”.