Müğənni Doğuş mərhum həmkarı İbrahim Erkalın mahnısını səsləndirib.
OLAY yazır ki, o, bir çox türk ifaçının da yer aldığı “İbrahim Erkal Hürmet” layihəsi çərçivəsində “Bir sana yandım”ı oxuyub.
Caner Tepecik aranjımanlı mahnıya Recep Yengingün rejissorluğu ilə klip çəkilib.
Ekran işinin anonsu 2 milyondan çox baxış sayı toplayıb. Layihə artıq yutubda yayımlanıb.
Doğuş mahnını 10 dekabr Türkiyə konsertində də səsləndirib.