WOW
WOW

“İnsanlara musiqi dinləmək üçün seçim vermək lazımdır”

“İnsanlara musiqi dinləmək üçün seçim vermək lazımdır”

“Yaradıcı həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində “Musiqi sənayesi platforması” adlı tədbir keçirilib.

OLAY yazır ki, platformanın təşkilində əsas məqsəd son illərdə bu sahədə mövcud olan trendləri, müzakirə etmək, musiqi sənayesinin inkişafı üçün potensial addımları müəyyən etmək, həmçinin bu istiqamətdə beynəlxalq təcrübəni araşdıraraq ölkəmizdə tətbiqi imkanlarını öyrənməkdir.

Platforma çərçivəsində “Rəqəmsal dövrdə musiqi sənayesi ekosisteminin formalaşdırılması” mövzusunda panel sessiya keçirilib.

Bəstəkar, prodüser İsa Məlikovun moderatorluğu ilə gerçəkləşən paneldə çıxış edənlər sırasında rep ifaçısı prodüser ProMete də yer alıb.  O,  Azərbaycan musiqisinin təbliği mövzusunda çıxış edib:

“Artıq ölkəmizdə rəqəmsal musiqi platformasından istifadə olunur. Rəqəmsal platformada musiqi dinləmək üçün insanlara seçim vermək lazımdır. Mən elə bir adamam ki, informasiya məsələlərində heç bir zaman paxıllıq etmirəm. Çalışıram ki, əlimdə olanı məlumatı ətrafımdakı insanlarla bölüşüm”.