WOW
WOW

“Mənim o verilişdə nə işim var?”

“Mənim o verilişdə nə işim var?”

“Bayağı musiqinin dinlənilməsi məsələsi müzakirə edildi, lakin problem bu deyil, problem odur ki, bu gün radionu açırsan, həmin bayağı mahnını eşidirsən. Problem odur ki, televizoru açırsan, həmin o bayağı mahnını oxuyanı görürsən, o mahnını eşidirsən”.

OLAY APA-ya istinadən yazır ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində təşkil olunan Musiqi İndustriyası Platformasında “Rəqəmsal dövrdə musiqi sənayesinin eko-sistemdə formalaşması” adlı panel-sessiyada deyib.

“Aparıcılar həmin adamları elə formada təqdim edir ki... Nəticədə, həmin adamlar özlərinə sənətçi deyirlər. Çox üzr istəyirəm, o adamlar musiqiçidirsə, mən musiqiçi deyiləm”, - Əməkdar artist qeyd edib.

Sevda Ələkbərzadə bayağı mahnıların gələcək nəsillərə təsiri məsələsinə toxunub:

“Balaca uşaq axı bilmir ki, hansı musiqi keyfiyyətlidir, hansı bayağı? O sadəcə görür. Eşidir. Və ona təsir edir. Mən bir dəfə İçərişəhərdə özüm üçün video çəkmişdim. Orada fonda elə bir mahnı səslənirdi ki, vallah, nə deyim? Bura İçərişəhərdir. Tarixi məkan. Həmin o cür bayağı musiqi niyə orada səslənməlidir?”.

Müğənni televiziya proqramlarına qatılmamasının səbəbini açıqlayıb:

“Çünki mən baxıram ki, həmin verilişə iki gün öncə kimlər çağırılıb? Və onlar necə təqdim edilib. Mənim o verilişdə nə işim var? Ayıbdır”.