“Artıq 10 ildir ki, fasiləsiz idmanla məşğul oluram və bu mənim gündəlik həyat tərzimə çevrilib”.
OLAY yazır ki, bu sözləri instaqramda müğənni Zamiq Hüseynov paylaşıb. O, idmanla məşğul olmasından söz açıb:
“Uşaqlıqdan idmanın bir çox növləri ilə məşğul olmuşam və ən böyük arzularım idmanla bağlı olub. Musiqi , incəsənət bu arzuların tam ortasına daxil oldu, orada özünə daha böyük dünya qurdu. Dedi ki, sənin ən böyük sevgin mənəm, sənin arzuların yalnız mənimlə bağlı olmalıdr. Musiqi mənim həyatımdır və illər keçdi, gördüm yox, idmansız nəsə çatmır boğuluram. İdman mənim ikinci dünyama çevrildi”.