WOW
WOW

Səhnə şousu tənqid edildi, açıqlama verdi

Səhnə şousu tənqid edildi, açıqlama verdi

Müğənni Mironun (Məhəmməd İsgəndərov) bir neçə gün əvvəl konserti baş tutub.

OLAY yazır ki, sənətçi “Elektra Event hall”da səhnə alıb. Lakin ifaçının səhnə şousuna irad bildiriblər. 

Mironun konsertdə yuxarıdan səhnəyə qurğularla endirilməsi bəyənilməyib. Miro məsələ ilə bağlı özü səhifəsində açıqlama yayıb:

“Əziz dostlar, əlbəttə eniş belə olmamalıydı, səhnədə pərdə vardı. Mən pərdənin arxasında idim. Bu qurğuya qoşulmaq üçün 1 dəqiqə vaxtımız var idi və təəssüf ki, kəmərləri cəld taxdıqları üçün kəmərlər boş qaldı. Kəmərin boş olduğunu anlıq o həyəcanla anlaya bilmədik, bunun fərqinə artıq havada olanda vardıq. Artıq gec idi intro üçün mahnı verilmişdi və pərdə enmişdi, mən dik qalmağa çalışsam da, kəmərlər sıxmırdı. Belim boşluq olduğu üçün artıq zədəli idi, bel ağrısı və kəmərin boşluğuna görə önə əyilmiş şəkildə düşdüm, ortada ipi saxlayan insanlar ipi yellədi və dəhşət həyəcan və ağrıyla endim yerə. Bəlkə səhv seçim idi bunu etmək, ancaq istədik və sınadıq. Burada ciddiyətimi və şəxsiyyətimi alçaldan sözlər işlədən insanlar var, ayıb olsun. Konsertdə o qədər müsbət çıxışlar vardı. Siz isə alınmayanla əylənməklə məşğulsuz. Xaricilərdən ibrət götürün, yazırsız. Xaricdə ayrılan büdcəni bizə də ayırsalar, daha profesional səhnələr qurarıq. Ya o büdcəni biletdən çıxaraq, 200-300 AZN edək biletləri? 20-30 AZN konsert üçün çoxdur, yazırsız, ancaq ən möhtəşəmini tələb edirsiz. Təşəkkür edirəm”.