Türkiyənin reytinqli serialı “Yargı” beynəlxalq mükafata layiq görülüb.
OLAY yazır ki, ekran işi nüfuzlu “Emmi” mükafatlandırma mərasimində “Ən yaxşı telenovela” kateqoriyasında birinci olub.
Gecədə serialın komandası iştirak edib.
Xüsusilə də onların sevindikləri anlar sosial şəbəkələrdə gündəm olub.
Xatırladaq ki, 3 sezondur yayımlanan ekran işində Kaan Urgancıoğlu və Pınar Deniz baş roldur.