WOW
WOW

Tarkana görə Bakıya gəlirlər!

Tarkana görə Bakıya gəlirlər!

25 noyabrda gerçəkləşəcək olan Tarkanın Bakı konsertinin sürpriz qonaqları var.

Uzun zamandır ölkəsində səhnəyə çıxmayan sənətçini dinləməyə xeyli sayda Türkiyə vətəndaşı gələcək. 

OLAY-ın əldə etdiyi məlumata görə, onların arasında xüsusi diqqət çəkənlər isə məşhur influenserlər Danla Biliç və Ala Tokeldir.

Yaxın rəfiqə olan blogerlər Tarkanı Bakıda seyr etmək üçün dost əhatəsi ilə paytaxtımıza gələcək.

Reper Çakalla sevgili olan Danlanın isə gecəyə tək və ya cüt qatılması isə sual altındadır.

Qeyd edək ki, “iticket production”ın gerçəkləşdirəcəyi gecə “Baku Crystall Hall”da baş tutacaq.