WOW
WOW

“Biz nə bilək kiminkidir?”

“Biz nə bilək kiminkidir?”

Müğənni Xatirə İslamın kosmetoloji prosedur zamanı həkimin söylədiyi “Yeni doğulan uşağın aktiv hüceyrəsini sizə köçürürük” kəlimələri gündəm olub.

OLAY yazır ki, sənətçi müzakirəli məsələ ilə bağlı sosial şəbəkə hesabında videoaçıqlama yayıb:

“Yenə aləmi qatmısız bir-birinə. Kim nə istəsə, danışır. Bir neçə ay əvvəl kosmetoloqun yanında olmuşam. O göstərib ki, bu ampulanı Amerikadan gətirdiblər, kök hüceyrədir, tərkibində uşağın nəyisə var. Biz üzümüzə vurduğumuz bütün yumşaldıcı kremlərin tərkibi spermatozoiddir. Biz nə bilək kimin spermasıdır? Tapmaq olar bunu? Siz kök hüceyrə haqqında danışırsınız. Azərbaycanda olan verilişlərin 80 faizi kök hüceyrəni reklam edir.Bunu ayağa da vururlar, gözə də, dizə də, sümüyə də. Ağrıların keçməsi üçün istifadə edirlər. Yaxşıdırsa, yaxşıdır. Bu preparatı həkimin özü düzəltməyib. Bu, hazır ampuladır, Amerikadan sifariş verir. O da o preparatı nə iləsə qarışdırır, vurur camaatın üzünə. Bundan sonra da üzdə qırışlar azalır. Bu şeyləri eləmək nəyə lazımdır? Söz tapa bilmirsiniz danışmağa?”.