WOW
WOW

Metin Uca nəşinin yandırılmağını vəsiyyət edib

Metin Uca nəşinin yandırılmağını vəsiyyət edib

Türkiyənin məşhur aparıcı və yazarı Metin Uca dünyasını dəyişib.

OLAY yazır ki, uzun müddətdir xəstəxanada olan sənətçi ötən gün həyatla vidalaşıb. 

Bununla yanaşı mərhumun vəsiyyəti üzə çıxıb. Onun ölümündən sonra yandırılmaq istədiyi məlum olub:

“Mən öləndə yandırlmaq və küllərimin də İstanbul boğazına səpilməsini istəyirəm”.

Qeyd edək ki, M. Uca bir müddət əvvəl avtomobil qəzası keçirib, daha sonra xəstəxanaya yerləşdirilmişdi. Noyabrın 13-də 62 yaşı tamam olan aparıcının müalicə və əməliyyatlara baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, M. Uca uzun illərdir türk mediasında fəaliyyət göstərir. O, ən çox Star TV-də 9 il davam edən “Passaparola” verilişi ilə populyarlaşmışdı