WOW
WOW

Ayanın brend söhbəti müzakirə yaratdı

Ayanın brend söhbəti müzakirə yaratdı

Müğənni Ayan Babakişiyevanın “Tarixin bir günü” verilişindəki açıqlaması müzakirə yaradıb.

OLAY yazır ki, sənətçi şou-biznesdə brend geyinən müğənnilərdən danışıb. Ayan bildirib ki, Xalq artistləri Röya Ayxan, Aygün Kazımova, Gülay Zeynallı və ondan başqa brend geyinən müğənni yoxdur. Babakişiyevanın bu açıqlamasına aktrisa Pərvin Abıyeva və müğənni Xuraman Şuşalı “Show_news” səhifəsində reaksiya verib.

Pərvin “Xətrimə dəyirlər” şərhini yazaraq özünün də brend geyindiyinə işarə edib.

Proqramın aparıcısı Tarix Əliyev (Tolik) isə Ayanın müğənniləri nəzərdə tutduğunu söyləyib.

X. Şuşalı “Bilmədim, gülüm, yoxsa ağlayım” qısa rəyi ilə Babakişiyevanın fikirlərinə münasibət bildirib.