WOW
WOW

Türk musiqisində keçmişə dönüş!

Türk musiqisində keçmişə dönüş!

Son günlər TikTok-da trend olan mahnılar sırasında türk musiqiləri xüsusi ilə diqqət çəkir.

OLAY yazır ki, trendə düşən mahnılar ya illər əvvəl təqdim olunub, ya da ustad  sənətçilərin yeni ifalarıdır. 

Məsələn, bu günlərdə əksər videolarda istifadə olunan  Kibariyenin “Lafı mı olur” mahnısı ilk dəfə 1993-cü ildə yayımlanıb. Buna baxmayaraq ifanın remiks forması TikTok-da trend olub. Bundan sonra Kibariye mahnını yenidən ifa edərək klip çəkdirib. 

Bir digər nümunə isə Alişanın “Hel bi” mahnısıdır. Sözügedən bəstə 2007-də yayımlansa da, 2023-də trendə düşüb. 

Süperstar Ajda Pekkanın 1993-dəki albomunda yer alan “Sarıl bana” mahnısını gənc müğənni Melike Şahin yenidən ifa edib. Beləliklə mahnı yayımından 30 il sonra trend siyahılarında yer alıb.

Köhnə mahnılarla yanaşı yaşı çox olan sənətçilərin yeni təqdim etdikləri ifalar da TikTok-da tez bir zamanda trend olub.

Məsələn, Zerrin Özerin “Basit numaralar” adlı mahnısı uzun müddətdir ki, sosial şəbəkə istifadəçilərinin dilindədir. 

Bundan başqa Yıldız Tilbenin “Dizine dursun” mahnısı bu gün də videoların vazkeçilməzlərindəndir.