Türkiyəli məşhur aktyor Ercan Kesal Bakıya gəlir.
Bu haqda OLAY-a Yunus Emre İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Səlçuk Karakılıç məlumat verib. O, Ercan Kesalın Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcəyini vuğurlayıb: "Ercan Kesal Yunus Emre İnstitutunun təşkilatçılığı ilə Bakıya gəlir. Noyabrın 14-də saat 11:00-da sərgidə Yunus Emre İnstitutunun stendində kitablarını imzalayacaq və "Cebimdeki Ekmek Kırıntıları" adlı mövzuda çıxış edəcək. O, "Peri Gazozu", "Velhasıl",
"Hekimlik Sanatları", "Evvel zaman", "Cin aynası" və s. kitablarının müəllifidir.
Bununla yanaşı Ercan Kesal keçmiş həkim kimi Tibb Universitetində "Hekimlik sanatı" mövzusunda tələbələrlə görüşəcək, təcrübə və hekayələrini bölüşəcək".
Qeyd edək ki, Ercan Kesal aktyor olmaqla yanaşı ssenari müəllifi və yazıçıdır. O, "Çukur" serialında İdris Koçovalı obrazı ilə daha çox məşhurlaşıb.