Dünyaca məşhur aktrisa Ancelina Colinin atası Con Voyt qızının İsrail əleyhinə paylaşımlarını pisləyib.
OLAY yazır ki, 84 yaşlı aktyor A.Colinin sözlərini yalan adlandırıb.
“Mən çox məyus oldum ki, qızımın da bir çoxları kimi Allahın həqiqəti haqqında anlayışı yoxdur” - deyə Con Voyt bildirib.
Qeyd edək ki, uzun müddət BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xüsusi nümayəndəsi vəzifəsində çalışmış Coli İsraili “uşaqları, qadınları, ailələri qəsdən bombalamaqda, onları qida, dərman və humanitar yardımdan məhrum etməkdə, beynəlxalq hüququ pozmaqda” ittiham edib.