Media
Media

Ancelina BMT-dəki vəzifəsindən ayrıldı

Ancelina BMT-dəki vəzifəsindən ayrıldı

Hollivud aktrisası Ancelina Coli Birləşmiş Millətlər Təşkilatındakı vəzifəsindən ayrılıb.

OLAY yazır ki, o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olmaqdan çıxıb, lakin humanitar fəal olaraq qalıb. Aktrisa təşkilatdan kənarda qaçqınlara yardım etməyə davam etmək istədiyini bildirib.

“BMT sistemində 20 ildən sonra hiss edirəm ki, mənim üçün fərqli işləmək, qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə qurmaq vaxtıdır”.

Qeyd edək ki, Ancelina 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri olub. 2022-ci ildə o, Yəmən və Ukraynada olub və qaçqınlarla görüşüb.