Şairə Nazilə Səfərli psixoloq Əfsanə Rüstəmovanın emosional ehtiyacla bağlı açıqlamasına münasibət bildirib.
OLAY yazır ki, psixoloqun "3 min manatlıq telefona ehtiyacım varsa, ya həyat yoldaşım onu mənə almalıdır, ya da boşanmalıyam" fikirlərinə N.Səfərli belə reaksiya verib:
“Emosional tələbatın içində ümumiyyətlə məbləğ yoxdur. Ay qız, axşamdan psixologiyamızı korlamısan. Həyat yoldaşım eşitdiyimə görə? 700-800 manat maaş alır. Mənə 3 minlik telefonu necə alsın? Bəsdir görək! Camaatın ailəsini dağıtma. Buna bax bir. Axşamdan başımı xarab edib. Yekə qızsan. Gündəmə düşmək istəyirsən, min dənə yol var. Zəng vur? başa salaq. Emosional tələbat imiş…”