"Televiziya insanların formalaşmasında böyük bir vasitədir. Verilişlər isə insanların tərbiyələnməsinə, vətənpərvərliyinə təsir edir. Onları maarifləndirir, düzgün yola çəkir. Musiqilər zövqləri gözəlləşdirir. Oxuya bilməyənləri, “çuşka”ları efirə çıxartdınız, musiqini yaman günə qoydunuz, Allah köməyiniz olsun. Təbii ki, əksər verilişlərdən söhbət gedir. İndi nə etmək istəyirsiniz? İnsanların ailəsini dağıtmaq istəyirsiniz? Bu nə biabırçılıqdır. Niyə onu verilişə çağırırsınız, ya da həmin sözləri kəsib atmırsınız".
OLAY yazır ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ötən gündən psixoloq Əfsanə Rüstəmovanın "3 min manatlıq telefona ehtiyacım varsa, ya həyat yoldaşım onu mənə almalıdır, ya da boşanmalıyam" sözlərinə münasibət bildrərkən deyib.
O, psixoloqun sözlərinin bəzi qadınların düşüncəsinə bir başa təsir etdiyini vurğulayıb: "Sabah qadın imkansız ərindən telefon istəyəcək, ər ala bilməyəndə qadın boşanacaq. Sonra da deyirlər, boşanmaların sayı çoxalır. İnsan xəyanətə görə boşanar. Buna görə adam boşanmaz. Bunu deyən psixoloqdur. Biz psixoloq dinləyirik ki, yaxşı yaşayaq, düşünək. Televiziya aparıcıları, reytinq xatirinə veriliş hazırlayanlar, siz Azərbaycan cəmiyyətini yaman günə qoymaq niyyətindəsiniz. Nə var ki, reytinq cədvəlində bir az yüksək olasınız. Yığışdırın".