"Haqqımda yazılan xəbərlərin altında şərhlərdə təhqir, söyüş, şər və böhtan yazanların bir neçəsini şikayət etmişdim. Azərbaycan polisi sağ olsun şikayətimə baxıb, tapıblar. 3 gündür menecerimə zəng edir, ailəsi üzr istəyir, özü üzr istəyir ki, şikayətimi geri götürüm. Mənim heç kəslə şəxsi qərəzliyim yoxdur, onları da tanımıram. Haqqımda, övladalarım haqqında şər-böhtan yazanda düşünərdiniz".
OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
"Polisə gedib ərizə, izahat yazmışam. Polis cinayətkar axtarmaqdan klaviatura arxasında oturub insanları söyən, şərləyənləri axtarıb. Siz də gəlib üzr istəyəcəksiz bitəcək? Yox elə bir dünya. Bundan sonra haqqımda nəsə yazanda 10 dəfə düşünün. Birini də tutublar dəli çıxıb, hamıya yazırmış. Çox adam şikayət edib. İndi də dəlixanadadır" - deyə sənətçi bildirib.