Pandemiya səbəbi ilə iki il fasilədən sonra ənənəvi “Cırtdan” meqa – şousu baş tutub.
OLAY yazır ki, Bakı Konqres Mərkəzdə təqdimatı keçirilən tamaşanın ilk izləyiciləri şəhid ailələri və müharibə iştirakçıları, həmçinin valideyn himayəsindən uzaq uşaqlar olub.
Şounun rejissoru İlham Qasımovun sözlərinə görə, bu “Böyük Macəra”ya xüsusi məsuliyyətlə yanaşıblar:
“Nəhayət ki, 2 ildən sonra qapalı məkanlarda kütləvi tədbirlərin keçirilməsinə icazə verildi. Karantin qaydalarına tam əməl edərək, sevimli uşaqlar və valideynlər üçün həvəslə bu şounu hazırladıq. Böyük heyət və tam yeni ssenariy ilə “Cırtdan”ı ərsəyə gətirdik”.
Gecədə tanınmış simalar da yer alıb. Müğənni Samirə Allahverdi, bəstəkar Hacı Nazim Məmmədov, aparıcı Zümrüd Bədəlova, Nəsib Nurun xanımı Pərvanə, fotoqraf Orxan Aslanov bloger Səma Abıyeva övladları, rəqqasə Fatimə Fətəliyeva qızı Aydan və nəvəsi ilə meqa-şounu izləyib.
Xatırladaq ki, Cırtdan "Böyük Macəra” 25 dekabrdan 5 yanvaradək Bakı Konqres Mərkəzdə təqdim ediləcək.
Meqa-şou Azərbaycanın xalq nağıllarının personajları əsasında hazırlanıb.
Fotolar: Nuran Məmmədov