WOW
WOW

Sosial media fenomeninin var-dövləti müsadirə edildi

Sosial media fenomeninin var-dövləti müsadirə edildi

İş yerinə edilən hücumlarla gündəmə gələn, vergidən yayınma iddiaları ilə tanınan sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polatın bütün var-dövləti müsadirə edilib. 

OLAY yazır ki, bundan əlavə, Polat cütlüyünə ölkədən çıxmaq qadağası qoyulub. 

Cütlüklə bağlı Maliyyə Cinayətlərini İstintaq Şurasının (MASAK) hesabatı da açıqlanıb.

Hesabatda şirkətlər arasında şübhəli münasibətlərin olduğu və vergi bazasını azaltmağa çalışdıqları da qeyd olunub.

Qeyd edək ki, cütlüyün Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsi var. Dilan Polat tez-tez lüks həyat tərzi və həyat yoldaşının bahalı hədiyyələri ilə gündəmə gəlir.