Şairə Nazilə Səfərliyə ağır itki üz verib.
OLAY yazır ki, şairənin nənəsi 91 yaşında vafat edib.
Bu barədə Nazilə Səfərli özü məlumat verib: "Hiss etmişdim bizlərə qonaqsan. Yaxşı ki, gəldim görüşünə. Sənin xeyir-duanı o qədər istəyirdim. Məhz halallıq verəsən deyə, Gürcüstana getdim. Bəlkə kimsə düşünəcək yaşlı idi, qoca idi. Anaların yaşı olmur. Biz nəməmizə ana deyərdik. Nənəm 91 yaşında gözlərini bu dünyaya əbədiyyən yumdu. Daha 3-4 saat öncə gözəl bir toyda idim. Az öncə Yasəmən anamın ölüm xəbər gəldi və yenə də kəndə yollanıram. Daha heç bir tərəfimdən nə nənəm qaldı,nə babam. Allah rəhmət eləsin".