WOW
WOW

Samirə Əfəndi İsraili tərk etdi

Samirə Əfəndi İsraili tərk etdi

Tel-Əvivdə olan Azərbaycanın “Eurovision 2021” beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi, müğənni Samirə Əfəndi İsraili tərk edə bilib. 

OLAY yazır ki, bu barədə ifaçı özü məlumat verib. 

O, Tel-Əvivdən İstanbula uçub: "Çox şükür İstanbula çatdıq. Sabah telekanallar vasitəsilə sizi maraqlandıran suallara cavab verməyə çalışacağam. Allah hamını qorusun və səbr versin".