WOW
WOW

Ajda Pekkan və Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı paylaşım

Ajda Pekkan və Oktay Kaynarcadan Qənirə Paşayeva ilə bağlı paylaşım

Türkiyəli müğənni Ajda Pekkan və aktyoru Oktay Kaynarca sosial şəbəkə hesablarında vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Ajda Pekkan mərhum millət vəkili ilə olan fotosunu paylaşaraq bu sözləri yazıb: "Türk dünyasında yeri doldurulmayacaq dəyərli dostum, Azərbaycan Milli Məclisinin millət vəkili  Qənirə Paşayevanın vəfat xəbərini böyük hüznlə öyrəndim. Çox dəyərli bir insan idi, məkanı cənnət olsun... Başda Azərbaycanımız olmaqla bütün türk dünyasına başsağlığı verirəm".

Aktyor Oktay Kaynarca isə "Azərbaycanlı millət vəkilimiz, cəsur qadın Qənirə Paşayeva. Məkanın cənnət olsun" sözlərini yazaraq paylaşım edib.