Elm və Təhsil naziri Emin Əmrullayev ötən gün axşam saatlarında vəfat edən millət vəkili Qənirə Paşayeva ilə bağlı paylaşım edib.
OLAY yazır ki, nazir sosial şəbəkə hesabında Q.Paşayeva ilə olan fotosunu paylaşaraq bu sözləri yazıb:
"Qənirə Paşayevanın vaxtsız vəfatından çox üzüldüm. Bir neçə həftə əvvəl yanaşı oturmuşduq, Azərbaycanda təhsilin, milli kimliyin, Azərbaycan tarixinin dövlət dilində tədrisi, məktəblərdə milli mədəniyyətimizin təbliği ilə bağlı maraqlı fikir mübadiləsi apardıq. Həmin an Qənirə xanımla bir daha görüşmək imkanımızın olmayacağını heç ağlımdan belə keçirə bilməzdim. Qənirə xanım millətini və vətənini sevən bir vətəndaş idi.
Allah rəhmət eləsin!"