WOW
WOW

Seksual qısnama ilə bağlı müğənniyə böhtan atılıb?

Seksual qısnama ilə bağlı müğənniyə böhtan atılıb?

Vilnüs prokurorluğu əvvəllər "Rammstein" qrupunun solisti Till Lindemannı cinsi qısnamada ittiham edən irlandiyalı Şelbi Linnə qarşı istintaqa başlayıb. 

OLAY yazır ki, irlandiyalı qadın may ayında Vilnüsdə "Rammstein" konsertindən sonra ittihamlarla çıxış edib.

Bundan sonra, iyunun 14-də Berlində Lindemann barəsində istintaq başladılıb. Solist cinsi cinayətlərdə və narkotik vasitələrin yayılmasında şübhəli bilinib. 

Kifayət qədər dəlil tapılmadığı üçün istintaqa avqustun 29-da son verilib.

Hazırda qadının böhtan atması ilə bağlı araşdırma aparılır.

Araşdırma iyul ayında Lindemannın vəkilinin Litva prokurorluğu ilə əlaqə saxlamasından sonra başlayıb.