Müğənni Nura Suri bir sıra yerli influenseri tənqid edib.

OLAY yazır ki, bu barədə sənətçi feysbukda status paylaşıb:

“Bizim influenserlərin əksəriyyəti özlərini başqalarına oxşadaraq kontent kopyalayırlar. Halbuki kontent yaradan, səmimi və individual olan influenserlər də var və mən onları sevə-sevə izləyirəm. Dünən UFC-yə dəvət olunanların əksəriyyəti bu gün demək olar ki, eyni tipli paylaşımlar edib. Bir-birindən fərqlənməyən kontent həm maraqsız, həm də bəsit görünür. Xarici blogger və influenserlərə baxıb onları kopyalamağa çalışırsınızsa, vallah, alınmır. Biz onlar kimi deyilik. Onların həyat tərzi də, düşüncə tərzi də fərqlidir. Məncə, ən önəmlisi individuallıqdır. İnsan məhz öz üslubu ilə yadda qalır, başqasının təkrarı olmaqla yox”.