WOW
WOW

“Masumlar apartmanı” Azərbaycan mahnısı üçün pul ödəyibmiş

“Masumlar apartmanı” Azərbaycan mahnısı üçün pul ödəyibmiş

Xəbər verdiyimiz kimi, TRT1-də yayımlanan “Masumlar apartmanı” serialında “No land” qrupunun “Niyə belə uzundur yollar” mahnısı yer alıb.

Qrupun solisti Kamil Hacıyev bu barədə OLAY-ın suallarını cavablandırıb:

“Mahnının serialda səsləndiriləcəyindən xəbərimiz var idi. Menecerimizlə əlaqə saxladılar, serialda istifadə etmək istədiklərini dedilər, biz də qəbul etdik. Bu, bizim çox xoşumuza gəldi. Çünki mahnını tanımayanlar da serial vasitəsilə xəbərdar olurlar”.

Kamil bildirib ki, mahnının serialda istifadə olunması üçün onlara müəyyən məbləğdə qonorar ödənib.

Qeyd edək ki, mahnının söz və musiqisi Azər Cırtdana (Məmmədov) aiddir.