Norveç şahzadəsinin ögey oğlu, 29 yaşlı Marius Borq Heybi təcavüzdə təqsirli bilinərək 4 il həbs cəzasına məhkum edilib.

OLAY yazır ki, o, hökmün oxunmasını həbsxanadan video bağlantı vasitəsilə izləyib.

Məlumata görə, məhkəmə Marius Borq Heybini zorlamaya dair iki ittiham üzrə təqsirli bilib, digər iki zorlanma epizodu üzrə isə bəraət verib. Heybi özünü günahkar saymayıb.

Qeyd edək ki, daha əvvəl prokurorluq onun 7 il 7 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. O, bəzi ittihamlardan bəraət qazansa da, həbsdən boyun qaçıra bilməyib.

Şahzadənin oğlu təcavüzə görə həbs olundu! Şahzadənin oğlu təcavüzə görə həbs olundu!