WOW
WOW

Boşanma şayiələri təsdiqləndi

Boşanma şayiələri təsdiqləndi

Müğənni Co Conas həyat yoldaşı, aktrisa Sofi Törnerdən boşanmaq üçün rəsmi olaraq müraciət edib. 

OLAY yazır ki, bir neçə gün öncə 34 yaşlı musiqiçi ilə 27 yaşlı aktrisanın ayrılacağı ilə bağlı iddia irəli sürülüb. Onların münasibətlərində ciddi problemlərin olduğu bildirilib. 

Conas sənədləri Mayami məhkəməsinə sentyabrın 5-də təqdim edib. Müğənni daha əvvəl amerikalı qolfçu və milyarder Tayqer Vudsun boşanması ilə məşğul olan məşhur hüquqşünas Tom Sasserə müraciət edib. 

Sənədlərə görə, sənətçi nikahının "geri dönməz şəkildə pozulduğunu" iddia edib. Açıqlamada həmçinin qeyd olunub ki, cütlüyün iki övladı əsasən Conasla yaşayır, lakin boşandıqdan sonra o, birgə qəyyumluq istəyir.