WOW
WOW

3 saata 26 milyon bilet satıldı

3 saata 26 milyon bilet satıldı

Ən son "Midnights" albomu ilə rekorda imza atan müğənni Teylor Svift "Spotify"-da rekord qıraraq musiqi tarixinə düşüb. 

OLAY yazır ki, müğənni indi də “Eras” dünya turnesinin filminin kinoteatrlarda yayımlanacağını açıqlayıb.

Oktyabrın 13-də yalnız ABŞ kinoteatrlarında nümayiş olunacaq konsert filminin biletləri əvvəlcədən satışa çıxarılıb. 

Kinoteatr nəhəngi AMC-nin açıqlamasına görə, ilk 24 saat ərzində 26 milyon bilet satılıb və Sviftin konsert filmi bir gündə ən çox əvvəlcədən satılan bilet rekordu qırıb.

Müğənni 16,9 milyon bilet satışı ilə rekorda sahib olan "Marvel" filmi "Hörümçək Adam: Evə dönüş yoxdur"u geridə qoyub. 

Rekordu cəmi 3 saata qırılıb.