Bloger Danya Miloxin Dubayda həbs edilib.
OLAY yazır ki, bu barədə "Bugatti Music" musiqi leyblının "Telegram" kanalında məlumat verilib.
"Görünür, Miloxin Dubay həbsxanasına aparılıb" - deyə məlumatda bildirilib.
Hadisədən bir qədər əvvəl isə bloqqerin özü, pərəstişkarları ilə sosial şəbəkələrdə avtomobil qəzasından və polis maşınından olan bir neçə kadr paylaşıb, daha sonra isə silib.
O, girov qarşılığında sərbəst buraxılıb. Lazım olan məbləği isə blogerin pərəstişkarları ödəyib.