Olay
Olay

Ən məşhur tiktoker necə pulsuz qaldı?

Ən məşhur tiktoker necə pulsuz qaldı?

Rusiyadan Dubaya köçən tiktoker və musiqiçi Danya Miloxin pulsuz qaldığını etiraf edib.

OLAY yazır ki, sosial media ulduzu ötən ilin payızında Rusiya ilə əlaqələrini kəsdiyinə görə təəssüflənir. Bu barədə o, “Ən məşhur tiktoker necə evsiz qaldı?” adlanan yutub layihəsində danışıb:

“Mən boş yerə Rusiya ilə əlaqələrimi itirdim. Prodüserim mənə dedi ki, qardaş, əlaqəni kəsmə. Çünki sən Rusiyadan başlamısan. Ona qulaq asmadım. İnsanlar mənimlə işləməyə davam etməyə qorxurlar, ona görə də pulum yoxdur. Ümid edirəm ki, mən hələ də orada ulduz olacağam”.

İndi 21 yaşlı blogerin yeganə gəlir mənbəyi xaricdə nadir hallarda keçirilən korporativ məclislərdir. Onun sözlərinə görə, o, xərclərinə görə məsuliyyət daşımağa çalışır və indi öz sağlamlığına sərmayə qoyur.

“Özümə sərmayə qoymuşam. Gözəl dişlər düzəldirəm ki, üzüm pul qazansın. Qazanmaq üçün normal görünməyə çalışıram”, - deyə, o, bildirib.

Miloxin deyib ki, o, “Maybach” markalı lüks avtomobilini bazar dəyərindən xeyli aşağı - cəmi 5 milyon rubla satmalı olub. Keçmiş dəbdəbəli həyatından, özünü “göstərmək” üçün 750 min rubla aldığı idman ayaqqabı aldığı zamanlardan vaz keçmək məcburiyyətində qalıb.

“İndi ümumiyyətlə pul yoxdur. Mən başa düşürəm ki, çox uzun müddət Rusiyaya qayıtmayacağam”, - deyə, bloger əlavə edib.

Eyni zamanda Miloxin bildirib ki, onun internet biznesinə qayıtmasına kömək edəcək ideyaları var, lakin o, bunu Rusiyanı tərk etməzdən əvvəl əməkdaşlıq etdiyi “Dream Team House” komandası olmadan təkbaşına etməyi planlaşdırır. İndi “Dream Team House” ABŞ-yə köçüb.

Qeyd edək ki, Miloxin 2019-cu ildə TikTok hesabı açdıqdan və orada qısa videolar yayımladıqdan sonra populyarlıq qazanmağa başlayıb. Həmin vaxt Anapada işləyirdi, lakin qısa zamanda Moskvaya köçüb və 2020-ci ildə Rusiyada bir çox tanınmış tiktokerlərin çıxdığı “Dream Team House” tiktok evini qurub.

2021-ci ilə qədər o, gənclər arasında internet hitinə çevrilən bir neçə trek və video yayımlayıb. Böyük şirkətlərin reklam çarxlarında görünüb. Həmin vaxt onun TikTok və Instaqram-da izləyicilərinin sayı müvafiq olaraq 14 milyon və 3 milyona çatıb.

Müxtəlif hesablamalara görə, onun sosial şəbəkələrində reklam paylaşımı üçün 200 mindən 1 milyon rubla qədər dəyişir. 2021-ci ildə “Forbes” onun illik gəlirini 1,5 milyon dollar qiymətləndirib.

Ukraynada xüsusi hərbi əməliyyat başlayandan sonra Miloxin bununla bağlı mövqeyini açıq şəkildə bildirməyib. Ancaq 2022-ci ilin payızında, Rusiyada qismən səfərbərlik elan edildikdən qısa müddət sonra bloger BƏƏ-yə gedib və o vaxtdan Dubayda yaşayır.

Gedişi ilə paralel olaraq, fiqurlu konkisürən Evgeniya Medvedevanın tərəfdaşı olduğu “Birinci kanal”da “Ледниковый период” şousunu tərk edib.

“Mənim kifayət qədər gücüm yoxdur, bunu nə üçün və niyə edirəm bilmirəm. İnanıram ki, hər şey sevgi ilə edilməlidir. Və əgər işə sevgi yoxdursa, deməli, onu görməyin mənası yoxdur. Ümid edirəm ki, məni başa düşəcəksiniz”, - deyə bloger ölkədən getməsinin səbəbini açıqlayıb.

2023-cü ilin fevralında Miloxin, demək olar ki, bütün əmanətlərini Dubayda xərclədiyini etiraf edib, indi heç bir şey qazanmır, çünki heç bir reklam təklifi almır. Amma dostları ona maddi yardım edir.