"Artıq 3 gündür ki, aramızda yoxsan, Ruslan qardaşım..."
OLAY yazır ki, bu sözləri "İnstagram" hesabında ağır qəza keçirən "Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin həyat yoldaşı yazıb.
"Heyif ki, səni kimi qardaşı bu qədər tez itirdik. Allah ailənə və hər birimizə səbr versin. Dərdiniz dərdimizdir. Məkanın cənnət olsun nur üzlü qardaşım".
Xatırladaq ki, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.