WOW
WOW

"Nikosayağı" qəzaya düşdü - qolu amputasiya edilib, ölən var

"Nikosayağı" qəzaya düşdü - qolu amputasiya edilib, ölən var

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

OLAY APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, idarəetməni itirən "Porsche" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yük maşınına çırpıb. Minik avtomobili yararsız vəziyyətə düşüb.

İlkin məlumata görə, minik avtomobilini "Nikosayağı" kimi tanınan bloger Nicat Şakirli idarə edib. O və avtomobildə olan digər sərnişin ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

Qəza nəticəsində 1 həkimə qədər ölüm qeydə alınıb.