WOW
WOW

Nagehan Fəridlə barışmayıb: "Alın, sizin olsun"

Nagehan Fəridlə barışmayıb: "Alın, sizin olsun"

Bloger Nahegan Abdullayeva ayrıldığı həyat yoldaşı Fərid Abdullayevlə yenidən barışması xəbərini təkzib edib.

OLAY yazır ki, o, bu barədə “İnstagram” izləyicilərinin suallarını cavablayan zaman bildirib. 

İzləyicisinin “Barışmağınıza sevindim” sözlərinə “Əsla barışıq yoxdur. Bunu da son dəfə yazıram. Son iki gün ərzində nə yaşadığımı mən bilirəm. Amma bu da keçəcək” – deyə Nagehan cavab verib. 

Blogerin digər izləyicisi isə “Barışmışdınız. Yenə kim nə etdi sizə?” sualını ünvanlayıb. 

N.Abdullayevanın cavabı isə belə olub: “Barışmamışdıq. Bizim övladlarımız var. Onlar üçün yan-yana olmağa məcburuq. Artıq biz deyə bir şey yoxdur və həqiqətən də olmayacaq. Mən acı çəkdim, ağladım. Vaxtı gələndə danışacağam, amma indi yox. Arxamca danışanlara sözüm isə odur ki, alın, sizin olsun”.