WOW
WOW

Alen Delonun baxıcısı 6 saat dindirildi

Alen Delonun baxıcısı 6 saat dindirildi

87 yaşlı məşhur aktyor Alen Delonun baxıcısı Hiromi Rollin polis tərəfindən 6 saat dindirilib.

OLAY yazır ki, buna səbəb aktyorun övladlarının şikayəti olub. 66 yaşlı qadının evində axtarış aparılıb.

Axtarışların ibtidai istintaq çərçivəsində aparıldığı qeyd edilib.

Qeyd edək ki, Delonun övladları Rollinə qarşı Montargis şəhərinin prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək onu aktyora psixoloji təzyiq göstərməkdə ittiham ediblər. Onların sözlərinə görə, qadın Delonu yaxın dostlarından və ailəsindən təcrid etməyə çalışır.

Rollin özü iddia edib ki, Delonla 1989-cu ildə rejissor köməkçisi olduğu filmin çəkilişləri zamanı tanış olub.