87 yaşlı Alen Delonun baxıcısı 66 yaşlı yaponiyalı Hiromi Rolland aktyorlarun övladlarının iddiasına cavab olaraq onları zorakılıqda ittiham edib.
OLAY yazır ki, qadın zorakılığa məruz qaldığını və bunun tibbi ekspertizanın nəticələri ilə təsdiqləndiyini deyib.
İnsidentdə Delonun qohumlarından başqa onun mühafizəçilərinin də iştirak etdiyi bildirilib.
Qeyd edək ki, bundan əvvəl Alen Delonun övladları Rollandı aktyorla kobud rəftarda ittiham etmişdilər. İddialara görə, o, aktyorun zəifliyindən sui-istifadə edib, telefon danışıqlarına və yazışmalarına nəzarətdə saxlayıb. Həmçinin manipulyasiya və hədə-qorxu ilə onu qohumlarından və dostlarından təcrid etməyə çalışıb.