"Geniş Aile", "Kalk Gidelim", "Emret Komutanım" və "Zengin Kız Fakir Oğlan" kimi televiziya tarixində iz qoymuş uğurlu prodüserlərdə layihələrdə rol alan aktyor Ufuk Özkan bir müddətdir ki, qaraciyər çatışmazlığı ilə mübarizə aparır.
OLAY yazır ki, orqan transplantasiyası üçün növbədə olan aktyor onu bu prosesdə tək qoymayan Türkiyənin səhiyyə naziri Fahrettin Koca və ətrafına təşəkkür edib.
"Ötən 3 gündə səmimi arzu və dualarına görə böyüklərimə və kiçiklərimə təşəkkür edirəm. Bundan əlavə, xəstəliyimlə bağlı göstərdikləri maraq və qayğıya görə, başda səhiyyə nazirimiz Fahrettin Koca olmaqla nazirlik işçilərinə minnətdarlığımı bildirirəm" - deyə Ufuk Özkan bildirib.